ManşetSiyasət

Ermənilər indi də təminat istəyirlər: “BMT TŞ-nin 5 daimi üzvü zəmanət versin”

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında başlanan sülh müqaviləsinə dair danışıqlar nəticəsiz qalıb. JAMAZ.İNFO xəbər verir ki, bunun səbəbkarı da Ermənistandır.

Belə ki, rəsmi İrəvan ortaq məxrəcin əldə olunmasına az qalmış hər dəfə təxribat törədərək və ya müxtəlif bəhanələr gətirərək, prosesi yubatmağa cəhd edir. Son belə toqquşma isə sentyabr ayında sərhəddə baş verdi ki, nəticədə erməni tərəfi 500-ə yaxın əsgərini itirməli oldu.

Qeyd edək ki, Praqa, Vaşinqton və Soçi görüşlərindən sonra erməni tərəfi yenə də özünü “məzlum”, “sülhpərvər” göstərməyə çalışsa da, yenidən “buynuz”ları çıxmağa başlayıb. Mütəmadi olaraq sərhəddə atəşkəs rejiminin pozulması, İrəvanın başqa ritorika ilə danışmağa başlaması da bunun sübutlarından biridir. Bu gün isə erməni tərəfi təminatlardan dəm vurmağa başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın xüsusi məsələlər üzrə səfiri Edmon Marukyan iddia edib ki, arada anlaşma olduğu halda, Azərbaycan tərəfi, guya, davamlı olaraq atəşkəsi pozur. O özünün Tvitter hesabında yazıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra onun daimiliyini təmin etmək üçün təminat lazımdır. “Kim bizə o təminatı verə bilər ki, sülh müqaviləsi bağlandıqdan sonra Azərbaycan onu pozmayacaq? Ermənistana bağlanılacaq sülh müqaviləsinin daimiliyi və qüsursuz icrası üçün təminat lazımdır. Ən azı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü bu sənədə görə təminat verməlidir”.

Xatırladaq ki, BMT Təhlüksəzilik Şurasının 5 daimi üzvləri ABŞ, Britaniya, Fransa, Rusiya və Çindir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button