CəmiyyətManşet

Ermənilər bu dəfə Naxçıvanda təxribata əl atdılar: Sədərək atəşə tutuldu

Ermənistan ordusu Arazdəyən (Yerasx) qəsəbəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, silahlı insident bu gün saat 12-13 radələrində qeydə alınıb.

Məlumata görə, erməni tərəfi Azərbaycan mövqelərini snayper tüfəngləri və iri çaplı avtomat silahlardan atəşə tutub. Düşməni susdurmaq üçün cavab atəşi açılıb. Hər iki tərəfdən ölən və yaralanan yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button