CəmiyyətManşet

Ermənilər Əsgərlərimizin şənlənməsindən qorxuya düşüblər

Şuşa rayonunun Çaylaqqala kəndində qeyri-qanuni məskunlaşmış ermənilər yaşayış məntəqəsini tərk ediblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə həmin kənddə məskunlaşmış erməni icmasının nümayəndəsi David Davatyan məlumat verib.

O deyib ki, kəndi tərk etmələrinə səbəb Azərbaycan Ordusunun yaxınlıqda qərar tutmasıdır. O deyib ki, Azərbaycan əsgəri hər gün deyib, gülüb, bayra edir. “Azərbaycan Ordusunun əsgərləri hər gün bayram edir, deyib, gülür, mahnı oxuyur və rəqs edirlər. Kənddə yaşayan ermənilər də bundan narahat olaraq, evlərini tərk edirlər. Kənd camaatı hesab edir ki, belə vəziyyətdə onların təhlükəsizliyi sual altındadır. Hazırda kənddə mən və məktəb direktorundan başqa heç kim qalmayıb”.

Davatyan bildirib ki, Çaylaqqala kəndində erməni əsgəri qalmayıb. “Bizim əsgərləri tərksilah edib, kənddən çıxardılar. Aara bir rus sülhməramlıları gözə dəyir, vəssəlam”.

P.S. “Qəhrəman” erməni xalqı bir zamanlar Bakıya qədər gələcəyini bəyan edirdilər. İndi isə mahnı oxuyan Azərbaycan əsgərinin qorxusundan evində belə qala bilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button