CəmiyyətManşet

Ermənilər 30 ildə nə qədər itki verdiklərini açıqladılar: 14320 nəfər  

Ermənistan Səhiyya Nazirliyinin açıqladığı məlumata görə, bu günə qədər Qarabağ savaşında ölən 3450 erməni əsgərinin ekspertizası keçirilib, kimliyi müəyyən edilərək, ailəsinə verilib. JAMAZ.İNFO xəbər verir ki, səhiyyə naziri Anahit Avanesyan deyib ki, hazırda hər gün 30 meyiti ekspertizadan keçirirlər.

Onun sözlərinə görə, xeyli sayda meyidlər tanınmaz halda olduğu üçün şəxsiyyətlərini müəyyən etməkdə çətinlik çəkirlər. “Hal hazırda itkilərin dəqiq sayını indidən demək mümkün deyil. Lakin onu deyə bilərəm ki, temp artmağa başlayıb”.

Bu əsnada, Ermənistanda Qarabağ savaşında nə qədər erməni əsgərinin öldüyü məsələsi gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, “Yerevan.Today” nəşri bununla bağlı Baş Prokurorluğa sorğu göndərib. Həmin informasiya sorğusunda Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın nə qədər itki verdiyi barədə məlumat istənilib.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu sözügedən nəşrin sorğusuna cavab olaraq bildirib ki, 1991-1997-ci illərdə, yəni Birinci Qarabağ savaşında erməni ordusunun ümumi itkisi 7000 nəfər təşkil edib.

Əli Azərbaycanlıların qanına batmış Robert Köçəryanın prezidentliyi dövrdə (1998-2008) isə bu rəqəm 92 nəfər olub. Lakin prokurorluqdan bildirilib ki, bu rəsmi rəqəmdir. Onların qənaətinə görə, real itkilərin sayı bir xeyli çox olub.

Serj Sarkisyanın hakimiyyətdə olduğu 2008-2018-ci illərdə Ermənistan ordusunun itkilərinin sayı 228 nəfər göstərilir. Həmin itkilərin də 86 nəfərinin “Aprel döyüşləri”ndə öldüyü qeyd olunub. Ki, bu rəqəm də reallığı əks etdirmir. Belə ki, hələ 4 günlük müharibədən sonra Ermənistan tərəfi dolayısı ilə etiraf etmişdi ki, itkilərinin sayı 500-dən çox olsa da, İirəvan rəqəmləri gizlətməklə məşğuldur.

Nikol Paşinyanın hakimiyyət başına keçdiyi iki il ərzində isə artıq İkinci Qarabağ savaşı baş verib. Və bu səbəbdən də Ermənistan ordusunun itkiləri ən maksimuma çatıb. Ermənistan Baş Prokurorluğunun sorğuya verdiyi cavabında qeyd edilir ki, 44 günlük müharibə ərzində əsgər itkilərinin sayı 5000 nəfəri keçib. Dövlət qurumu bildirib ki, bu rəqəmlərin 7000 nəfərə çatacağı istisna edilmir. Bunu da hazırda axtarışların aparılması və itkinlərlə bağlı əllərində olan müraciətlərə əsasən vurğulayıblar.

Ermənistan rəsmilərinin açıqladığı rəqəmlərdən anlaşılan odur ki, 1991-2020-ci ilə qədər Qarabağda düşmən toplam 14320 erməni əsgəri öldürülüb. Eyni zamanda, onu da birmənalı olaraq demək olar ki, bu rəqəmlər tam reallığı əks etdirmir. Belə ki, Ermənistan tərəfi Qarabağ savaşlarında adları heç bir yerdə qeydiyyatda olmayan xeyli sayda muzdlu döyüşçülərdən istifadə edib. Həmin döyüşçülərin isə ölümləri qeydə alınmayıb. Bu da nəticədə, itki sayının aşağı olmasına səbəb olub.     

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button