ManşetÖlkə içi

Erməni türkoloq: “Müharibəyə hazırlıq gedir, Azərbaycan Ordusu Cermux-Vyk xəttini bir saata keçəcək”

“Çox güman ki, yaxın günlərdə Azərbaycan və Türkiyə Ermənistana qarşı genişmiqyaslı müharibəyə başlayacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə erməni türkoloq Varujan Qeqamyan çıxış edib.

O bildirib ki, guya, Azərbaycan hazırda Vayots Dzor, Qeqarkunik və Sünik rayonlarının sərhədləri boyunca çoxlu sayda hərbi texnika və qoşun toplayır. Qeyd edək ki, Azərbaycan tərəfi bu iddianı elə ilk gündən təkzib edib və bunu ermənilərin uydurması adlandırıb.

Qeqamyan daha sonra iddia edib ki, hər gün baş verən atışmalar, Azərbaycan və Türkiyənin hərbi-siyasi rəhbərliyinin aqressiv ritorika və təbliğat hazırlıqları, hərbi texnikanın toplanması Azərbaycanda ehtiyatda olan qoşunları cəmləməsi Türkiyə-Azərbaycanın genişmiqyaslı hücumunun hazırlandığını göstərir. “Hücum olarsa, bu dəfə Naxçıvandan olacaq. Arazdəyəndən Sünikin cənub kənarına qədər olan ərazini hədəfə alacaqlar. Görünən odur ki, düşmən bu istiqamətdə böyük hazırlıq görür. Ola bilsin ki, Türkiyə bu məsələdə təkcə koordinator rolunda deyil, həm də prosesin birbaşa iştirakçısı kimi iştirak edəcək”.

Erməni türkoloq ekstrasenslik edərək, “gələcəyi” də pölanlaşdırıb. “Hücum olacağı təqdirdə Türkiyə-Azərbaycan qoşunlarının vəzifəsi təkcə, Ermənistanda tam çaxnaşma yaratmaq və bütün şərtlər altında qeyd-şərtsiz təslim olmağa təhrik etmək olmayacaq. Ermənistanın faktiki türkyönlü hökuməti bunu etməyə onsuz da hazırdır. Həm də məqsədi Ermənistanın şimalı ilə cənubu arasında əlaqəsini kəsməkdir. Hal-hazırda Cermux-Vyk xətti Ermənistanın ən incə hissəsidir. Eni 30 km-dən də çox deyil. Türkiyə və Azərbaycan qoşunlarının belə bir məsafəni qət etməsi bir neçə saat çəkir”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin bu təhlükəyə qarşı mübarizə aparmağa nəinki imkanı, hətta istəyi də yoxdur. “Bu layihə uğur qazanacağı təqdirdə Ermənistan dövləti faktiki olaraq mövcudluğunu dayandıracaq”.

P.S. Ermənilər isterika içindədir.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button