ManşetSiyasət

Erməni türkoloq: “Əgər Şərqi Zəngəzuru yaradıblarsa, deməli, hədəf Qərbi Zəngəzurdur”

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın iqtisadi rayonları barədə fərman imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin fərmana əsasən iqtisadi rayonların sayı 14-ə çatdırılıb və tərkiblərində bir sıra dəyişiklik edilib.

Qeyd edək ki, sənəddə iki vacib məqam diqqəti çəkir. Onlardan biri Qarabağ, digəri isə Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. Bu məsələyə ekspertlərin münasibəti belədir ki, rəsmi Bakı bununla Qarabağ məsələsinə aydınlıq gətirib və bölgəyə hər hansı bir status verilməyəcəyini nümayiş etdirib.

Bildirək ki, bu fərmandan sonra Ermənistanda da narahatlıqlar baş qaldırıb. Xüsusən də, Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması ilə bağlı erməni ekspertlər bədbin çıxışlar edirlər. Onların rəyi belədir ki, Azərbaycan bu gün Şərqi Zəngəzur adlı iqtisadi zona yaradırlarsa, gələcəkdə Qərbi Zəngəzuru da özlərinə birləşdirmək üçün indidən hazırlıq görürlər.

Ermənistanda belə düşünənlərdən biri türkoloq Varujan Qeqamyandır. O deyir ki, Kəlbəcər və Laçının Şərqi Zəngəzur iqtisadi zonasına daxil edilməsi çox təhlükəli tendensiyanın xəbərçisidir. Onun sözlərinə görə, hər nə qədər bəlağətli səslənsə də, bu o deməkdir ki, Azərbaycan Ermənistanla bağlı iddiaları var. “Şərqi Zəngəzir adı çox bəlağətli səslənir. Hesab edirəm ki, əgər bunun şərqi varsa, Sünik vilayətinin yerləşdiyi Qərbi Zəngəzuru da var. Azərbaycan və Türkiyə ardıcıl olaraq, Sünikin fəthi istiqamətində çalışırlar. Nə qədər ki, Ermənistanda milli qüvvələr hakimiyyətdə deyil, onlar qələbə qazanacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button