GündəmManşet

Erməni terrorçunun ailəsinə 3000 dollar mükafat verilib: Nə həbs edilib, nə də cinayət işi açılıb

Şuşa şəhəri yaxınlığında hərbi postumuza qumbara atan terrorçu Norayir Mirzoyan hazırda Xankəndidəki xəstəxanada saxlanılır və ona qarşı heç bir cinayət işi açılmayıb. JAMAZ.İNFO xəbər verir ki, bunu özünü Qarabağın “deputatı” kimi təqdim edən Metaxe Akopyan deyib.

O bildirib ki, Mirzoyana qarşı heç bir ittiham da irəli sürülməyib. “Onun heç bir problemi yoxdur. Hər şey qaydasındadır. Ona qarşı nə hər hansı bir ittiham irəli sürülüb, nə də cinayət işi açılıb. Mirzoyan həbs edilməyib və hazırda xəstəxanadadır”.

JAMAZ.İNFO xəbər verir ki, “Ermənistan Milli Qvardiyası” adlı QHT isə hadisədən sonra erməni terrorçusuna 1000 dollar mükafat verəcəyini bəyan etsə də, bu gün fikrini dəyişərək, məbləği 3000 dollara qaldırıb. Həmin təşkilatın rəhbəri Arşak Zakaryan “Hraparak” qəzetinə açıqlamasında deyib ki, artıq həmin 3000 dolları terrorçunun ailəsinə veriblər. “Biz Norayirin ailəsini, uşaqlarını ac qoymayacağıq. Ona görə də, ilkin olaraq yığışıb, 3000 dollar yardım etdik. Bundan sonra Mirzoyan kimi, davranan bütün erməniləri tək qoymayacağıq. Onlara dəstək verəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button