CəmiyyətManşet

Erməni traktorçu sərhəddə əsgərlərimizə silah çəkib

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində növbəti insident yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, dövlət sərhəddimizi keçən iki erməni traktorçu saxlanılsa da, rus sülhmərmlılarının işə qarışmasından sonra onlar sərbəst buraxılıb.

Bununla bağlı danışan Tex kəndinin icra nümayəndəsi Nerses Şaduns deyib ki, həmin traktorçular uzun illərdir sözügedən kənddə yaşayıblar və ərazidən ot gətirmək üçün təmas xəttinə gediblər. “Lakin bilmədən 500 metr dərinliyə gedib çıxıblar. Bu vaxt onları üzərlərində gəzdirdikləri qumbara xilas edib”.

O bildirib ki, sərhəddi keçəndən sonra onlara 10-a yaxın Azərbaycan əsgəri yaxınlaşıb və traktordan düşməsini tələb ediblər. “Azərbaycan əsgəri onları saxlayaraq, özləri ilə aparmaq istəyib. Lakin traktorçulardan biri üzərində gəzdirdiyi qumbaranı çıxararaq, ona yaxınlaşacaqları təqdirdə, həm özünü, həm də onları partladacağı ilə hədələyib. Biz gələnə kimi onlar dayana biliblər. Daha sonra, rus sülhməramlıları gəldilər və traktorçuları ərazidən çıxardılar”.

Onun sözlərinə görə, hazırda vəziyyət normaldır, hər hansı bir insident yaşanmayıb. Şaduns daha sonra bildirib ki, hazırda sərhədyanı kəndlərdə yaşayan sakinlərin bir çoxunun silahı var. “Onların bir çoxunun silahı var. Mərhələ-mərhələ əhaliyə silah paylayırıq ki, həm kəndlərimizi qoruya bilək, həm də döyüş növbəsini lazımi səviyyədə təşkil edək. Lakin daha çox silah olması pis olmazdı. İşimizə çox yarayardı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button