ManşetÖlkə içi

Erməni təşkilat sədri: “Bakı Qarabağda əməliyyata başlasa, cavab verəcəyik”

“Qarabağdakı “müdafiə ordusu”nun çıxarılması təkcə, Azərbaycanın deyil, həm də Ermənistanın hazırkı hakimiyyətinin də marağındadır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Qara Pantera” təşkilatının rəhbəri Serob Qasparyan deyib.

O bildirib ki, İrəvan hökuməti tezliklə bununla bağlı öz mediasında kampaniyaya başlayacaq. “Onlar yazacaqlar ki, əgər bu addım atılmasa, Azərbaycanla müharibə olacaq. Beləcə, insanlarda qorxu, təşviş yaradacaqlar”.

Qasparyan daha sonra Qarabağda yaşayan ermənilərə də müraciət edərək, onları mənliklərini itirməməyə çağırıb. “Qarabağ erməniləri itirdikləri mənliklərini qaytarmalıdırlar. Bu müdafiə instinktidir. Heyvan belə, öz balasını qorumaq üçün instinktə malikdir. Deyirsiz ki, Qarabağda 120 min erməni yaşayır. Hanı onlar? Niyə meydana çıxmırlar? Siz rusu, amerikalımı gözləyirsiniz? 90-cı illərdə vəziyyət indikindən daha pis idi. Amma biz istədiyimizə nail olduq. İndi sizə nə oldu? Hara yoxa çıxmısız?”

Erməni təşkilat sədri çıxışının sonunda Azərbaycanı “hədələmək”dən də çəkinməyib. “Azərbaycan bizi hədələyə bilməz. Əgər Azərbaycan “Qisas-3” əməliyyatına başlayarsa, yaxın vaxtlarda nə lazımdırsa, edəcəyik”.

P.S. “Qara Pantera” adlı təşkilatın sədri 44 günlük müharibə zamanı da belə boş-boş danışırdı. İrəvanda oturub, “yığışın, siz gedin müharibəyə” deyib, özü daldada gizlənmişdi. İndi yenidən “cəsarətə” gəlib. Hələ Azərbaycan Ordusuna “cavab” verəcəklərini dilə gətirir. Zavallı anlamır ki, bu dəfə onlar üçün daha ağır nəticələr olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button