CəmiyyətManşet

Əsir götürülmüş erməni snayper qadın ölkəsinə təhvil verildi

Qarabağ müharibəsin zamanı əsir düşmüş erməni snayper Maral Nacaryan dünən doğulduğu və yaşadığı Beyrut şəhərinə yola salınıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan məlumat verib.

O bildirib ki, Nacaryan artıq Beyrutdakı evindədir.

Qeyd edək ki, erməni tərəfi sözügedən snayper qadını “mülki şəxs” kimi təqdim edir. Düşmən tərəf iddia edir ki, guya, Maral Nacaryan noyabrın 10-da Laçın şəhərindəki “evindən” əşyalarını götürərəkən, Azərbaycan əsgərləri tərəfindən əsir götürülüb. Lakin əsl həqiqət odur ki, sözügedən Livan vətəndaşı olan erməni qadın döyüş postlarından birində Azərbaycan əsgəri tərəfindən əsir götürülüb. Onun snayper olduğu müəyyən edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button