GündəmManşet

Erməni redaktordan sensassiyalı məlumat: “Paşinyan erməni əsgərləri Qarabağdan çıxarmağa hazırlaşır”

“Paşinyan və komandası erməni analarından öz uşaqlarını Qarabağdakı hərbi hissələrdən geri çağırmağa və onları oradan çıxarmağı tələb etməyə hazırlaşır”. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Rusiyada nəşr olunan “İzvestiya” qəzetinin Direktorlar Şurasının sədri Aram Qabrelyanov yayıb.
O qeyd edib ki, Paşinyanın planı saha əhatəli və təhlükəlidir. “Əclaf türknikoldan hər şey gözləmək olar. Paşinyan və dəstəsinin Qarabağda yeni planları budur ki, erməni qadınlarını ordunun üzərinə qaldıracaqlar. Artıq Paşinyan erməni qadınlarından öz uşaqlarını Qarabağdakı hərbi hissələrdən geri çağırmaq və onları çıxarmaq üçün tələb etməyə hazırlaşır. Bu hadisə Qarabağda əhali arasında panikaya, əhalinin idarəolunmaz səviyyədə köçüb getmələrinə gətirib çıxaracaq. Bundan sonra Azərbaycan bəyan edəcək ki, sülhməramlıların qoruması üçün kimsə qalmayıb və rus sülhməramlıların getməsinu istəyəcək. Bunun ardından isə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılması məsələsi qaldırılacaq”.
Qabrelyanov iddia edib ki, Ermənistan hakimiyyətin əsas planı və “yol xəritəsi” bundan ibarətdir. “Ermənistan hakimiyyəti “yol xəritəsi”ni Britaniyanın vasitəçiliyi ilə Azərbaycan və Türkiyə ilə razılaşdırıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button