AraşdırmaManşet

Erməni politoloqdan sərsəmləmə: “Fərruxu, Hadrutu və digər yerləri qaytarmasaq, sülh olmayacaq”

Ermənilər BMT TŞ-nin son iclasından sonra derpressiyaya düşüblər. Artıq siyasətçisindən tutmuş, sıravisinə qədər hamısı xəyallarla yaşayır, həm də vəziyyətdən çıxmaq üçün nağıllar uydururlar.

JAMAZ.İNFO xəbər verir ki, belə nağılbazlardan biri də politoloq Stepan Həsən-Cəlalyandır. O yazır ki, Ermənistanın hazırkı vəziyyəti yaxşı deyil, beynəlxalq dəstək də yetərli qədər yoxdur. Ona görə də, Ermənistan Qarabağ məsələsində bəzi addımlar atmalıdır.

Həsən-Cəlalyanın yanaşması daha çox “ac toyuq yuxuda darı görər” misalındadır. Çünki xəyal etdiyi şeyləri həyata keçirmək mümkün belə deyil. Məsələn, erməni politoloq deyir ki, ilk olaraq Qarabağ ermənilərinin “iradəsinin ifadəsi”, yəni “beynəlxalq və SSRİ hüquqi aktları əsasında” millətlərin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməlidir. Bunun üçün 10 dekabr 1991-ci ildə qondarma “referendumu” əsas götürür. “Qarabağ erməniləri bununla Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini bildiriblər. Bu gün həmin tələb yerindədir. Ona görə də, münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu formatı bərpa edilməlidir”.

Həsən-Cəlalyan bunun ardından yeni bir xəyal da qurub. O deyir ki, guya, Qarabağ erməniləri Azərbaycanın “soyqırım” “fakt”larını təqdim etməlidir. Bu azmış kimi, politoloq Ermənistanın Qarabağın “müstəqilliyi”ni dərhal tanımağa da çağırıb. “Bunun ardından Ermənistan Qarabağla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamalıdır”.

Erməni siyasətşünas hesab edir ki, əgər belə olarsa, Ermənistan Qarabağa de-yure bir birlərinin qarşısında qarşılıqlı öhdəliklər götürəcək. “Xüsusən də Qarabağa qarşı təcavüz olarsa, Ermənistan onlara hərbi dəstək vermək hüququna malik olacaq. İkincisi, Ermənistan artıq Qarabağın əvəzinə danışıqlar apara bilməyəcək. Yəni, Qarabağ özü tərəf olacaq”.

Bu qədər danışıqların sonunda Həsən-Cəlalyan sözünün “mustafası”nı dilə gətirib. O deyib ki, Ermənistan və Qarabağ separatçıları Azərbaycana qarşı hərbi gücdən istifadə etməlidir. “Biz qısa zamanda Fərruxu, Daşbaşı yüksəkliyini, Hadrutu və digər əraziləri geri qaytarmalıdır. Paralel olaraq, Zabux və digər məntəqələr də hərbi yolla Azərbaycanın əlindən alınmalı və Laçın dəhlizi ilə avtomobillərin sərbəst hərəkətini təmin etməlidir”.

P.S. Sözün həqiqi mənasında Həsən-Cəlalyan ac toyuq vəziyyətindədir. O, ancaq yuxuda darı görməkdədir. Əks təqdirdə, ağlı başında olan heç bir siyasətçi, politoloq bu cür sərsəmlə ilə çıxış etməz. Bu adam hələ də qanmır ki, onlar Hadrutu, Fərruxu və digər torpaqlarımızı işğal etməyə çalışsalar, Azərbaycan Ordusu armud toplamayacaq. Necə ki, zaman içində dəfələrlə erməni separatçılarına dərs keçiblər. Və lazım olacaqsa, bu dərslərin davamı da gələcək.

Qaldı, dinc yaşamağa, bunun ən optimal yoluni Bakı çoxdan təklif edib: Separatçılar Qarabağdan rədd olur, silahlı terror dəstələri bölgədən çıxarılır, yerli ermənilər Azərbaycana inteqrasiya edir. Vəssəlam. Başqa variant boşuna erməniləri qırğına verməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button