ManşetSiyasət

Erməni politoloqdan gülməli iddia: “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”

“Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın, İran ərazisinə pilotsuz təyyarələrin hücumu Londonun həyata keçirdiyi siyasətin məntiqinə uyğundur . Bu, Turan layihəsidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni politoloq və şərqşünas Karine Gevorgyan litvalı jurnalist Aynis Petkusla müsahibəsində deyib.

O iddia edib ki, Ermənistan və İran Britaniyanın bu layihəsinin həyata keçirilməsinə mane olur. “Bu gün Qarabağ və Zəngəzur dəhlizi problemi ətrafında baş verənlərin hamısı Britaniyanın Turan layihəsinin həyata keçirməsi istəyinin təahürüdür. Həmin layihəni türklər vasitəsilə həyata keçirirlə və Azərbaycan da bu prosesin vacib hissəsidir”.

Gevorgyan deyir ki, Azərbaycandakı siyasi elitanın bir qismi bunu artıq başa düşməyə başlayıb. “Onlar başa düşürlər ki, Azərbaycana türk vilayəti olmaq təklifi veriləcək”.

Erməni şərqşünas Azərbaycan tərəfindən Laçın dəhlizi ətrafında baş verənlərə də münasibət bildirib. O qeyd edib ki, İran vəziyyəti izləyir və bütün mümkün üsullardan istifadə edir ki, Bakı və İrəvan dəhliz və Qarabağ ətrafında baş verənləri bəyənmədiklərini başa düşsünlər. “Eyni zamanda, İran sadəcə bəyanatlarla kifayətlənmir. SEPAH-ın  böyük kontingentini Ermənistan və Azərbaycan sərhədində saxlaması və Bakıya öz sərhədlərini açmağa imkan verməməsi kifayət edir ki, vəziyyət ta başa düşülsün”.

Gevorgiyan bildirir ki, İran Ermənistana dəfələrlə əməkdaşlıq təklif edib, lakin Ermənistan rəhbərliyi bundan ehtiyat edirlər. Səbəbsə odur ki, Ermənistan hakimiyyəti Soros tərbiyəsi görüb və onlar üçün Qərbdən daha yaxşısı yoxdur. İndi də ehtiyat edirlər ki, İranın təklifinə müsbət cavab verərlərsə, Qərb onlara sanksiya qoyar”.

Erməni politoloq deyir ki, İransa bütün bunlara rəğmən, təkid edir. “İran açıq şəkildə bəyan edir ki, əgər Zəngəzur Dəhlizi açıqlarsa, buna imkan verməyəcək. Bu hətta hərbi yolla olsa belə. Məqsəd də Ermənistanla quru sərhəddən məhrum olmamaq istəyidir. Ona görə də, indi aydınlaşdırmalı vacib məqam odur ki, İrana daha nə lazımdır. Aydın olansa odur ki, əgər ermənilərə “regionda erməni amili” lazım deyilsə, İrana lazımdır”.

P.S. Erməni politoloqun dediklərindən başa düşülən odur ki, bölgədə son zamanlar baş verənlər Britaniya layihəsidir. Hərçənd son zamanlar emənilər ingilislərdən çox yanıqlıdırlar. Onlar hər addımda günahı Londonun üzərinə atmağa çalışırlar. Bunun da səbəbi aydındır. Çünki Ermənistan Fransanı özünün “bacısı” hesab edir və “bacısı”nı başqalarının ayağına vermək istəmir.

Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisənin ingilislər tərəfindən həyata keçirilməsi iddiasını ortaya atmaq və bu versiyanı irəli sürmək isə yalanla yanaşı, həm də bir politoloq üçün biabırçı qənaətdir. Ona görə ki, fakt ortadadır. Hər hansı bir ölkənin səfirliyinə silahlı hücum həmin ölkənin ərazisinə təcavüzlə yanaşı, həm də həmin terrorun siyasi iradə əsasında gerçəkləşməsinin göstəricisidir. Yəni, həmin terrorun arxasında İran molla rejiminin dayandığı şübhəsizdir. Burada ingilis və ya başqa bir xətt axtarmaqsa, məntiqsiz, siyasi savadsızlıq, habelə qərəzdən başqa bir şey deyil. Çünki İran belə terrorları təkcə, Azərbaycana qarşı etməyib. Həm də ABŞ, Kanada və digər ölkələrin səfirliyinə də qarşı törədib. Yəni, bu İran üçün “xroniki hal”dır.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button