ManşetÖlkə içi

Erməni politoloq: “Vardanyan Rusiyadan təlimat alıb, Qarabağda aranı qarışdırmaq istəyir”

“Ruben Vardanyan  Kremldən növbəti tapşırıq alıb və onu yerinə yetirməyə çalışır”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan “Jamanak Haykakan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Vardanyan Ermənistan tərəfindən çoxdan “persona non qrata” elan edilməliydi. “Düşünürəm ki, Ermənistan hakimiyyəti onu çoxdan persona non qrata elan etməliydi. Suverenliyə qarşı çıxan hər bir erməni buna görə cəzalandırılmalıdır. Davamlı olaraq suverenliyin əleyhinə bəyanatlar vermək nə deməkdir, onlar son nəticədə kimə xidmət edir? Vətənin təhlükəsizliyi insanların dar siyasi ambisiyalarına xidmət etməyə çevrildikdə, bu, artıq milli təhlükəsizliyə təhdiddir”.

Mkrtçyan deyir ki, Qarabağdakı erməniləri, xüsusən də Vardanyan Ermənistanla ultimatum dilində danışa bilməz. .”Qarabağ Ermənistanla ultimatum dilində danışacaq? İrəvan rəy və təkliflərə açıqdır. Hələ demirəm ki, onlar Bakı-Xankəndi dialoqunun beynəlxalq mexanizm vasitəsilə həyata keçirilməsi üçün hər şeyi edirlər. Bəs, o zaman Vardanyan və digərləri niyə Bakı ilə danışıqlara getmirlər?”

Erməni politoloq qeyd edib ki, Vardanyanın Rusiya sülhməramlı missiyasının Qarabağda qalma müddətinin uzadılması təklifini gülməli hesab edib. “Vardanyan Rusiya sülhməramlılarının mandatına Fərrxu əməliyatı, davamlı atəşkəsin pozulması, Laçın dəhlizinin bağlanmasının daxildirmi syalına cavab verə bilərmi? Və bütün bunlardan sonra Rusiya sülhməramlılarının qondarma mandatından danışmaq axmaqlıqdır. Hələ onu demirəm ki, Azərbaycan belə həmin mandatı təsdiqləmək belə istəmir. Bu adam nə istəyir? Məqsədi regionda ehtirasları alovlandırmaq, müharibələri qızışdırmaq, onun vasitəsilə dövlət çevrilişləri etmək cəhdidir?”

Mkrtçyan Ruben Vardanyana maraqlı bir təklif də verib. “Təklif edirəm ki, Ruben tut arağı istehsal edib, rus sülhməramlılarını da tut arağı ilə qarşılasın. Bu adam Qarabağda lətifə obyektidir. Hamı onu ələ salır. İndi özü Xankəndidə oturub, öz peyk partiyaları vasitəsilə Ermənistanda nifaq salmağa çalışır”.

Arutyun Mkrtçyanın onu da deyib ki, Vardanyan Rusiyanın planlarını icra edir. “Ruben Vardanyanın Kremllə əlaqəsinə, onun müxtəlif kriminal iqtisadi cinayətlərdə iştirakına nəzər salsaq, o zaman görərik ki, “Hayakve” haradan maliyyələşir, məqsədi nədir. O ola bilər ki, bütün bunları başa düşmür. Lakin hələ də anlamır ki, bu hərəkətləri Azərbaycanın müharibəyə başlaması üçün şərait yaradır? İndiki vaxtda macəraya getməyə dəyərmi? Bu adam anlamır ki, dövləti qaydaya salmaq, onu gücləndirmək vaxt istəyir?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button