GündəmManşet

Erməni politoloq: “Qarabağ məsələsi artıq yoxdur, indi sərhəd problemi var”  

“Siyasətdə sabit olan sənədlərdə sabit olandır, sonradan mətbuat üçün deyilənlər deyil. Üçtərəfli görüşün sənədi göstərir ki, Qarabağ məsələsini yeni platformaya qoymaq və ya onu yeni çərçivədə müzakirə etmək üçün heç bir həll yolu yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşünü şərh edərəkən deyib.

Martirosyanın sözlərinə görə, sənəddə Ermənistanla Azərbaycan arasında problemlərin yalnız Ermənistan ərazisinə aid olduğu qeyd edilib. “Qarabağ məsələsindən yan keçdilər. Guya Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi məsələsi yoxdur. Hazırda əsas məsələ Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya, ərazi mübahisələri məsələsidir”.

Mariotrosyan hesab edir ki, artıq münaqişə Ermənistana doğru çevrilir. “Ermənistan iki bəyanat imzalayıb. Lakin onların heç birində Qarabağ məsələsindən bəhs edilmir. Üstəlik, İrəvan həmin bəyanatlarda düzəliş belə etmək istəmir. Əslində, bizim Qarabağ məsələsi ilə bağlı müəyyən fikirlərimiz gələcək diplomatik iş baxımından ciddi deyil. Bu da bizim mövqelərimizin zəifləməsindən xəbər verir”.

Erməni politoloq qeyd edib ki, imzalanmış hər iki bəyanatın Brüssel görüşündə başlanğıc nöqtə olacaq. “Brüsseldəki görüşdən böyük gözləntilər olsa da, iki görüşün məntiqi və Rusiyada verilən bəyanatlar gələcək diplomatik fəaliyyət üçün başlanğıc nöqtəsi olacaq. Nəticədə iki mühüm məsələni inkişaf etdirmək çətin olacaq: hərbi əsirlərin qaytarılması və Qarabağ məsələsini. Yəni, bu iki məsələdə erməni marağı əks olunmayacaq. Ermənistan-Azərbaycan münasibətləri, yəni ərazi mübahisələri məsələsi yalnız Azərbaycan-Ermənistan demarkasiya-delimitasiyası mərhələsində qalaraq. Qarabağ məsələsini isə arxa plana keçirəcək”.

O iddia edib ki, Ermənistanın suveren ərazisinin bir hissəsini Azərbaycan tərəfindən guya, işğal olunub. “Belə vəziyyətdə Azərbaycanla demarkasiya-delimitasiya həyata keçirmək, yalnız öz maraqlarını güdməkdir”.

Martirosyan hesab edir ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası məsələlərindən ayırmaq olmaz. Onun sözlərinə görə, bunu ayrıca müzakirə etmək mümkün deyil. “Bunlar bir-biri ilə birbaşa əlaqəli problemlərdir. Bəzi beynəlxalq siyasi xadimlər iddia edirlər ki, Qarabağ məsələsi mövcuddur, müzakirələr davam etdirilməlidir. Paşinyanın beynəlxalq səhnədəki siyasi gündəliyi isə yalnız regional kommunikasiyaların açılması, demarkasiya və delimitasiya məsələsindən ibarətdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button