DünyaManşet

Erməni politoloq: “Paşinyan ağzıcırıqdır, sirr saxlaya bilmir, onu öldürəcəklər”

“Nikol Paşinyanı vuracaqlar”.  JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə erməni politoloq Ağasi Yenokyan öz Facebook səhifəsində çıxış edib.

O bildirib ki, Paşinyan sahiblərinə itaətsizlik edib və onlara “şıllaq” atıb. “Artıq ona etibar olunmur. İndi onun xidmətlərinə ehtiyac da qalmayıb”.

Yenokyanın sözlərinə görə, Paşinyana sənəd imzalatmaq problem olmayacaq. “O yaxşı bilir ki, sənədi imzaladıqdan sonra vurulacaq. Amma imzalamamaq belə, onu xilas etməyəcək. Çünki sənəıdi iomzalamağın yolunu tapacaqlar. Üstəlik, Nikol bir çox sirləri bilir, bəzilərinin açılması heç kimə xoş olmayacaq. O isə qorxaq, ağzıcırıqdır. Onu öldürməsələr, həbs etsələr, həmin sirləri şantaj üçün açmağa başlayacaq. Buna imkan verməmək üçün ən yaxşı vasitə susdurmaqdır”.

Erməni politoloq yazır ki, Nikol Paşinyanı sıradan çıxarmaq hakimiyyəti dəyişməyin ən optimal yoludur. “Nikoldan sonra bütün arpidavoyanlar və hovikqazaryanlar dərhal müxalifət blokuna qoşulacaqlar. Nəticədə, müxalifət parlamentdə çoxluğa çevriləcək. Blokun lideri isə lazımsız rəsmiləşdirmələr, yeni seçkilər və mitinqlər olmadan baş nazir olacaq”.

Həmin iddiaya görə, Ermənistanın baş nazirini cangüdənlər yalnız daxildən, yəni kütlədən qoruya bilir. “Onu müxalifətdən qopruya bilirlər. Lakin həmin mühafizəçilər xarici xüsusi xidmət orqanlarına qarşı acizdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button