DünyaManşet

Erməni politoloq: “İran İrəvana təhlükəsizlik zəmanəti və effektiv silahlar verə bilər”

“Gələcək Ermənistan-İran hərbi ittifaqı artıq göz qabağındadır. Əgər Ermənistanda başqa hakimiyyətlər olsaydı, bu artıq baş verərdi”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

O bildirib ki, Ermənistan-İran ittifaqı Azərbaycan-Türkiyə ittifaqının alternativi ola bilər. “Üstəlik, bu, Moskva üçün çox sərfəli variantdır. Çünki Moskva öz imperiya ambisiyalarını elə qurub ki, nə ermənilərlə, nə də azərbaycanlılarla münasibətləri korlamaq istəmir. Və belə bir model formalaşarsa, Rusiya özünü ali arbitr kimi təsəvvür edəcək və bu rolda bu və ya digər məsələni kölgə diplomatiyası ilə həll etməyə çalışacaq”.

Kiviryanın sözlərinə görə, Moskva Ukrayna ilə çox məşğuldur. “O qədər məşğuldur ki, müttəfiqi Ermənistana silah verməkdə çətinlik çəkir. Çünki onun da silaha ehtiyacı var. Onun silah aldığı yeganə xarici ölkə İrandır. Artıq İranın Rusiya Federasiyasına iri raketlər tədarük edəcəyini deyirlər. Söhbət 700 km-ə qədər məsafəyə zərbə endirə bilən raketlərdən gedir. Aydındır ki, İranın da böyük silah ehtiyatı var. Bu, Ermənistana da lazım olan silahdır. Üstəlik, Ermənistanı öz təhlükəsizlik çətiri altına almaq İran üçün çox faydalı olardı. O zaman Türkiyə-Azərbaycan ittifaqı və onun bu bölgələrdəki ambisiyalarını balanslaşdırmaq mümkün olacaq. Moskva isə qlobal məsələlərdə meydana çıxacaq və diplomatik göstərişlərini verəcək. Əgər Ermənistan effektiv oynasa, o zaman İrandan nəinki müəyyən təhlükəsizlik zəmanəti, həm də ona lazım olan effektiv silahlar da ala bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button