ManşetSiyasət

Erməni partiya sədri: “100 minlik ordu yaradıb Azərbaycana hücum etməliyik”

“Ermənistan və Qarabağ xalqı, müxalifəti  dərhal silahlanmalı, 100 000 nəfərlik “Azadlıq Ordusu” yaratmalı və mübarizəyə başlamalıdır. Bu orduya səfərbərliklə 50 000, ordudan 50 000 nəfər cəlb edilməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu sərsəm bəyanatla “Vahid Ermənistan” partiyasının sədri, sabiq hərbçi Xaçik Asryan çıxış edib.

O deyib ki, əgər 1941-ci ildə Sovet Ermənistanının 1,5 milyon əhalisindən və o dövrdə dünyada yaşayan 3,5 milyon ermənidən “Böyük Vətən Müharibəsi”ndə 600 minə yaxın erməni iştirak edirdisə (bundan 300 mini həlak olub), indi 3 milyonu Ermənistanda, toplam isə 7 milyona yaxını dünyada yaşayan ermənilərdənə 100 minlik ordu yarada bilərlər. “Yalnız silah gücünə Ermənistan və Qarabağın ərazi bütövlüyünü və müstəqilliyini xilas etmək, bərpa etmək, qorumaq və möhkəmləndirmək mümkündür. Ermənistan ancaq silahla müdafiə olunmalıdır”.

Asrayn onu da deyib ki, onlar üçün nə Zəngəzur, nə də Laçın dəhlizi var.  “Bizi yalnız Ermənistanın Millətçi Ordusu xilas edə bilər. Həmin ordunu yaradaraq, Azərbaycana hücum etməli və haqqımızı qorumalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button