ManşetSiyasət

Erməni nəşri: “Bakı və İrəvan sərhədlərlə bağlı avqustun sonunda müqavilə bağlayacaq”

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti iddia ilə çıxış edib. JAMAZ.İNFO qəzetə istinadən xəbər verir ki, avqustda Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komitələrin iclası keçiriləcək.

Nəşrin bildirdiyinə görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi onun Moskvada baş tutacağını bildirib. “Hələlik görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur”.

Amma qəzetin iddiası odur ki, Ermənistan hakimiyyəti sərhədlərin müəyyən edilməsi məsələsində tələsir. “Ermənistan hakimiyyəti mümkün qədər prosesi sürətləndirmək və müqaviləni avqustun sonunda imzalamaq istəyir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button