GündəmManşet

Erməni müxaliftindən iddia: Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq?

44 günılük Qarabağ savaşında məğlubiyyətə uğrayan və ordusunun böyük hissəsini itirən Ermənistan noyabr ayından bəri qazan kimi qaynayır. Baş nazir Nikol Paşinyanı devirmək üçün hücuma keçən erməni müaxlifəti küçəyə ciddi səviyyədə qüvvə çıxara bilmədiyindən, problemlər yaşayır. Rusiya isə Paşinyanı devirmək üçün təkcə Ermənistan müxalifətinə deyil, həmçinin Ermənistan ordusundakı generallara da dəstək verməkdədir. Lakin bütün bunlar hakimiyyəti dəyişmək üçün hələ yetərli deyil.

JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifəti cəmiyyəti öz tərəfinə çəkmək və daha çox resursa sahiblənmək üçün müxtəlif bəyanatlar verir, məlumatlar yayır, çayələr buraxır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan bir neçə gün əvvəl mətbuata verdiyi müsahibəsində bəyan etmişdi ki, əlverişli şərait yaranan kimi Azərbaycanla müharibəyə başlayacaqlar. Dünən isə onun bu bəyanatını bir qədər də genişləndirmiş formada “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Arman Abovyan erməni cəmiyyətini bir qədər də gərginlikdə saxlamağa çalışıb. Eyni zamanda, qorxu içində olduqlarını da vurğulayıb.

Abovyan iddia edib ki, Türkiyə və Azərbaycan yeni genişmiqyaslı müharibəyə hazırlaşır. Onun sözlərinə görə, bunu guya, iri analitik mərkəzlər də təsdiqləyirlər. “Müharibənin konkret olaraq nə vaxt başlayacağını demək çox çətindir. Çünki yeni hərbi əməliyyatların start götürməsi üçün bir sıra faktorlar nəzərə alınmalıdır. Bu o demək deyil ki, müharibə sabah başlayacaq. Amma bu həqiqətdir ki, regional proseslərin inkişafı fonunda müharibə qaçılmazdır”.

Erməni deputat fikirlərinin “arqumentləşdirmək” üçün Azərbaycanın hərbi büdcəsinə və Türkiyə ilə keçirilən son təlimlərə diqqət çəkib. O deyib ki, hazırda Bakının hərbi büdcəsi 2.7 milyard dollar təşkil edir. “2021-ci ildə hərbi xərclər 500 milyon dollar artıb. Demək olar ki, mütəmadi şəkildə Azərbaycan Ordusu hərbi təlimlər keçir. Maraqlı məqam odur ki, Türkiyə ilə birlikdə və ya Türkiyənin dəstəyi ilə keçirilən hərbi təlimlər əsasən Eermənistanla sərhəddə yaxın ərazilərdə təşkil olunur. Xüsusən Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana mesaj xarakteri daşıyır”.

Abovyan “çıxış yolu”nu da göstərib. JAMAZ.İNFO xəbər verir ki, erməni deputat Rusiyanı nicat yeri kimi göstərib. “Təcili olaraq, müttəfiqimiz və dostumuz Rusiya ilə münasibətləri və əməkdaşlığı dərinləşdirməliyik. Ermənistan ordusu qısa müddətdə bərpa olunmalıdır. Bu prosesdə Rusiyanın imkanlarından istifadə etməliyik. Lakin indiki hakimiyyətin dövründə bunu etmək mümkün olmayacaq”.

P.S. Erməni deputatın diqqətinə çatdıraq ki, qorxunun əcələ faydası yoxdur. Bir də Azərbaycan Ordusunun yeni hərbi əməliyyata başlamaq niyyəti yoxdur və buna gərək də qalmayıb. Əgər zərurət olsa belə, bunu kimsəylə də məsləhətləşmək fikirində deyil. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button