ManşetSiyasət

Erməni mediasından iddia: “Brüsseldə rus sülhməramlılarının Qarabağdan çıxarılması razılaşdırılıb”

Ermənistan mətbuatı son zamanlar təkcə, Brüssel deyil, həmçinin Azərbaycan-Ermənistan rəsmilərinin görüşlərində gizli razılaşmanın olduğuna dair iddialar irəli sürürlər. JAMAZ.İNFO xəbər verir ki, son belə məlumatı Ermənistanda nəşr olunan “Jamanak Haykakan” qəzeti yayıb.

Qəzet yazır ki, Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə sülh müqaviləsinin hazırlanması razılaşdırılıb. Həmin razılaşmaya əsasən Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi 5 baza prinsipə əsaslanacaq. “Bu prinsiplərə görə, Qarabağ Azərbaycanın tərkibində olacaq. Nikol Paşinyan İlham Əliyevin açıqlamalarına cavab verməyib. O, yalnız qeyd edib ki, danışıqlar çətindir, lakin o, sona qədər gedəcək”.

“Jamanak Haykakan” daha sonra yazır ki, Brüssel görüşündə Qarabağdakı rus sülhməramlı qüvvələrin müqəddəratına da aydınlıq gətirilib. “Orada təkcə Qarabağın gələcəyi deyil, həm də Rusiya sülhməramlıları məsələsi həll olundu. Aydındır ki, əgər Nikol Qarabağın öz müqəddəratını təyin etmə məsələsini qəbul etməsə və Bakının 5 prinsipini rəhbər tutarsa, o zaman Qərbin əsas problemi olan rus sülhməramlılarının Qarabağdan çıxarılması məsələsi avtomatik olaraq həll olunur. Çünki bu razılaşmadan sonra orada rusların qalmasına ehtiyac qalmır”.

Qəzet iddia edir ki, Rusiya sülhməramlılarının çıxarılmasını təkcə Azərbaycan deyil, Ermənistan da dəstəkləyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button