ManşetÖlkə içi

Erməni mediasından iddia: “Azərbaycan generalları Balasanyanla birlikdə Laçını gəziblər”

Ermənistanda nəşr olunan “Aravot” qəzetinin yaydığı məlumata görə, dünən Azərbaycan rəsmilərindən ibarət nümayəndə heyəti Laçın şəhərində olublar. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumata görə, gəzintidə Qarabağdakı separatçıların nümayəndəsi, özünü “təhlükəsizlik şurasnın katibi” kimi təqdim edən Vitali Balasanyan da iştirak edib.

Laçında qanunsuz olaraq məskunlaşmış Ssatik Asatryan “Aravot”a deyib ki, Balasanyan Azərbaycan nümayəndələrinə şəhədəki evləri göstərib. “Bu hadisədən sonra hamı şəhərin mərkəzinə toplaşdı. Bir də gördük Azərbaycan generalları ilə Vitali Balasanyan gəlir. O, türklərlə ilk dəfə deyil gəzir. Onların necə şirin-şirin danışdıqlarını görəydiniz”.

Asatryan daha sonra deyib ki, Vvitali Balasanyan evləri göstərəndən sonra Azərbaycan rəsmilərinə deyib ki, şəhərdəki evləri yandırmayacaqlar.

Qeyd edək ki, Laçın şəhərində Azərbaycan generallarının gəzməsi qeyri-adi bir hadisə deyil. Çünki Laçın bizim torpağımızdır, elə onun üzərində də bizimkilər gəzməlidir. Sadəcə, maraqlı məqam odur ki, rəsmi dairələr bu barədə hər hansı açıqlama verməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button