ManşetÖlkə içi

Erməni mediası: “Xankəndidəki ermənilər Bako Saakyan və iş adamı Edonun evinə yerləşdirilib”

Ermənistan mediası maksimum dərəcədə çalışır ki, Qarabağda qalmış ermənilərin “erməni olmadıqlarını” “sübut” etsin. Bunun üçün dəridən-qabıqdan çıxan “Hraparak” qəzeti isə dünən daha bir iddia ilə çıxış edib.

JAMAZ.İNFO xəbər verir ki, sözügedən qəzet Xankəndidə hazırda yaşayan ermənilərin əslən erməni olmadıqlarını iddia etməklə yanaşı, guya, həmin adamların özləri tərəfindən erməni olmadıqlarını dediklərini də tirajlayıb. Qəzet iddia edib ki, hətta separatçıların nümayəndəsi David Qalstyanın əmisi Sargis Qalstyan və həyat yoldaşı da “etnik erməni” deyillər.

Amma “Hraparak” bununla da kifayətlənməyib. Qəzet daha bir iddia ilə çıxış edərək, yazıb ki, Qalstyan ailəsi uzun müddət yaxşı münasibətdə olduqları Bako Saakyanın evində məskunlaşıblar.

Digər ermənilər isə rus sülhməramlıları tərəfində məşhur iş adamı Tsexavik Edonun nəhəng evinə yerləşdirilib. “Edo Samvel Babayanın yaxın dostlarından biridir. Onun Qarabağda çoxlu sayda yanacaqdoldurma məntəqələri var idi”.

Erməni nəşri bu yazdıqlarına “şərh” də verib. “Erməniləri bir yerdə cəmləşməyin məqəsədi odur ki, insanların yemək və digər məsələləri ilə məşğul olmaq daha asan olsun”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button