GündəmManşet

Erməni katalikosu II Qaregin Qarabağa gedir

Bütün ermənilərin katalikosu II Qaregin bu gün Qarabağa səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, katalikos ilk olaraq sabah Sünik vilayətinə səfər edəcək. Orada “Surb Qriqor Lusavoriç” kilsəsində dua oxuyacaq. Bundan başqa, o, Sünikdə son müharibədə ölmüş erməni əsgərlərinin dəfn edildiyi qəbristanlığa da baş çəkəcək.

Səfərdə II Qaregini Ümumerməni Xeyriyyə Cəmiyyətinin rəhbəri Perç Sedrakyan müşayət edəcək.

Qeyd edək ki, erməni Eçmiəzdin Kilsəsi kifayət qədər siyasiləşmiş bir dini icmadır. Onun rəhbərləri hər zaman Ermənistan siyasətinə müdaxilə etməklə yanaşı, həm də “Böyük Ermənistan” xülyasının əsas ideyaçılarındırlar. II Qaregin də öndən öncəki sələfləri kimi, siyasət meydanında olan fiqurlardan biridir və onun indiki vaxtda Qarabağa səfər etməsi qətiyyən məqbul hesab oluna bilməz. Azərbaycan tərəfi bununla bağlı Qarabağdakı Rusiya sülhməramlılarına xəbərdarlıq etməli, katalikosun Qarabağa buraxılmamasını tələb etməlidir.

Unutmayaq ki, Qarabağda hələ 90-cı illərin əvvəlində başlayan prosesdə erməni kilsəsi müstəsna rol oynamışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button