GündəmManşet

Erməni hüquqşünas: “Bakı ilə İrəvan arasında gizli danışıqlar gedir, şifahi razılaşmalar var”

“Proseslərin 10 noyabr 2020-ci il mərhələsi artıq keçmişdə qalıb. Bəli, müqavilə və ya qərar var. Bu sənədi başqa cür adlandırmaq da olar. Lakin indi proses artıq yeni mərhələyə qədəm qoyub”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər erməni hüquqşünas Aram Orbelyana aiddir.

O bildirib ki, 10 noyabrdadan sonra dövlət rəsmiləri səviyyəsində bir sıra görüşlər olub. “Həm müvafiq tənzimləmələri özündə ehtiva edən Soçi görüşü, həm də ilk dəfə sənəd şəklində ortaya çıxan Praqa görüşü buraya daxildir. Və şifahi razılaşmalar dövrü kimi bir anlayış haqqında da bilirik. Vəziyyəti beynəlxalq hüquq nöqteyi-nəzərindən real qiymətləndirmək üçün, yəni bu və ya digər tərəf niyə nəyisə edir və ya etmirsə, mövcud məlumatlara tam çıxış əldə etmək lazımdır”.

Orbelyan iddia edib ki, faktiki olaraq gizli danışıqlar mərhələsi başlayıb. Onun sözlərinə görə, bunu dövlət rəsmilərinin bəyanatlarından, keçirilən görüşlərdən əldə olunan reaksiyalardan aydın sezmək mümkündür. “Müxtəlif dövlət qurumlarının bəyanatlarından, eləcə də müxalifət nümayəndələrinin xarici, qərbli və rusiyalı həmkarları ilə ünsiyyətdə olduqları zaman aldıqları reaksiyadan nəticə çıxara bildiyimizə görə, gizli bir proses gedir. Bu zaman bəzi məsələlər müzakirə olunur, şifahi razılaşmalar əldə edilir və sazişlər imzalanır”.

Erməni hüququşünas hesab edir ki, 10 noyabr sənədi atəşkəs razılaşmasıdır. “Amma onun müddəalarını yerinə yetirməməklə, məsələn, hərbi əsirləri qaytarmamaqla, Ermənistanla Qarabağ arasında sabit əlaqəni təmin etməməklə biz növbəti mərhələyə keçdik. Ermənistan sadəcə razılaşdı və ya həmin keçidin təşəbbüskarı oldu. Bu prosesdə biz sadəcə olaraq, Ermənistanı hissə-hissə təhvil veririk. Paralel olaraq Qarabağı da həmçinin. Belə çıxır ki, noyabrın 10-da atəşkəs sənədindən sonra hər şey qarşılıqlı, bir qayda olaraq şifahi razılaşmalar və ya qərarlar, ümumi tərtibatlar səviyyəsində gedir. Bu proses çərçivəsində elə şeylər baş verir ki, biz bunu sənəd nöqteyi-nəzərindən qiymətləndirə bilmirik. Çünki biz başa düşürük ki, başqa tənzimləmələr var və bizim onlardan xəbərimiz yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button