ManşetÖlkə içi

Erməni həyasızlığı pik həddə: Azərbaycan üzərindən uşan təyyarə yalançı həyacan siqnalı verib

Ermənilərin həyasızlıqları hüdud tanımır. 30 il Azərbaycan ərazilərini işğal edib, bütün talançılıqları, vəhşilikləri edən bu xalq, Xocalı şəhərində də dəhşətli qətliam törədib. Lakin buna baxmayaraq, özlərini təmizə çıxarmaq üçün elə həyasızlıq və saxtakarlıqlara əl atırlar ki, izah olunması belə mümkün deyil.

Məlumdur ki, 8 gündür Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilir. Azərbaycan media və QHT nümayəndələri Qarabağda separatçıların qızıl mədənlərimizi talan etməsinə etiraz edirlər. Erməni tərəfi öz talançılıq və saxtakarlıqlarını gizlətmək, dünyanı aldatmaq üçün 8 gündür durmadan təbliğat aparırlar. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi dünən daha bir həyasızlığa imza atıb.

Belə ki, dünən yerli vaxtla saat 18:40-da İrəvan hava limanından qalxan Hawker 800A biznes-jet təyyarəsi Azərbaycan üzərindən keçərkən məqsədli şəkildə həyacan siqnalı verib. Həmin həyacan siqnalı isə “kənar müdaxilə var, fövqəladə vəziyyət yaranıb”dan ibarət olub.

Ermənilər bu addımı atmaqla Azərbaycanı günahkar çıxarmaq, guya, Bakı onların mülki təyyarələrinə belə hava məkanından istifadə etməyə imkan vermir təbliğatını aparmaq istəyirlər. Halbuki Azərbaycan Ermənistandan fərqli olaraq istər müharibədən öncə, istərsə də sonra hava məkanını onların üzünə bağlamayıb. Hətta dəfələrlə İrəvana uçan təyyarələrdə problem yaranan zaman, Bakı Hava Limanı onları qəbul edib. Bir dəfə yanacaqla təmin edib, bir dəfə isə təmirə ehtiyac olduğundan bu işi öhdəsinə götürüb.

Əgər Azərbaycan Ermənistanın mülki təyyarələrinə problem yaratmaq istəsəydi və ya onları sıradan çıxarmaq niyyətində olsaydı, bunu 30 il ərzində edərdi. Daha indi, torpaqların işğaldan azad olunmasından sonra niyə etsin ki? Bir də ki, biz erməni deyilik. Ermənistan həmin dövlətdir ki, işğal dövründə Azərbaycan mülki təyyarələrinin öz hava məkanından keçməsinə qadağa qoymuşdu. Yalnı müharibədən sonra Naxçıvana uçuşlar zamanı məkanı açmaq qərarına gəliblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button