GündəmManşet

Erməni hərbi ekspert: “Azərbaycan iki mövqeni nəzarətinə götürüb”

Ermənistanda 16 noyabr döyüşləri ilə bağlı hələ də müəmmalar qalır. JAMAZ.İNFO xəbər verir ki, istər media, istərsə də yerli ictimaiyyət erməni tərəfinin konkret olaraq, nələri və hansı əraziləri itirdiklərini bilmirlər.

Ermənistan Müdafiə Nazirliyi isə indiyə qədər 6 əsgərinin öldüyünü, 13 əsgərinin əsir düşdüyünü, 20 nəfər yaxın isə itkininin olduğunu bəyan edib. Lakin yerli müşahidəçilər və media bu rəqəmlərin real olmadığını iddia edirlər. Onlar itkilərin sayının çox olduğunu bildirirlər. Həmçinin iddia edirlər ki, Azərbaycana əsir düşən ermənilərin sayı 13 deyil, 40 nəfdərdir.

Bu əsnada erməni hərbi analitik Van Hambardzumyan maraqlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Hambardzumyan noyabrın 16-da sərhəddə baş verən döyüşlərdən sonra Azərbaycan Ordusunun dörd mövqe tutduğunu açıqlayıb. O bildirib ki, həmin mövqelər olduqca əhəmniyyətli və strateji əhəmiyyət daşıyır. “Onlardan ikisi Rusiyanın müdaxiləsindən sonra Ermənistan tərəfinə qaytarılıb. Digər iki mövqe isə hələ də Azərbaycanın nəzarətindədir”.

Qeyd edək ki, yayılan xəritələr və məlumatlardan belə başa düşülür ki, son sərhədd döyüşlərində Azərbaycan Ordusunun nəzarətə aldığı yüksəkliklər olduqca əhəmiyyətlidir. Belə ki, həmin mövqelər vasitəsi ilə Sünik vilayəti ilə İrəvan arasındakı əlaqəni tamamilə görmək, müşahidə etmək və lazım gələrsə, vurmaq çox asandır. Həmin məlumatlara əsasən yeni mövqelərin nəzarət altına alınmasından sonra Naxçıvanla Laçın arasında hava məsafəsi 17-25 km-ə düşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button