ManşetÖlkə içi

Erməni general: “Zəngəzur koridoru olmayacaq”

“Sünik vilayətindən keçəcək hər hansı bir koridordan söhbət gedə bilməz”. JAMAZ.İNFO bildirir ki, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəis müavini Stepan Melkonyan verib.

O qeyd edib ki, Azərbaycan çox şey barəsində danışa bilər. “Azərbaycan hakimiyyəti çox şey haqqında danışa bilər. Lakin koridor yaradılması mümkün deyil, bu barədə söhbət belə gedə bilməz”.

Erməni generalın sözlərinə görə, Zəngəzurdan hər hansı bir logistika üçün nəzərdə tutulmuş yol keçə bilər. “Lakin bu koridor demək deyil. Ola bilər yükləri daşımaq üçün dəmir yolu çəkilsin. Ancaq hər hansı bir koridor müzakirə mövzusu deyil”.

Xatırladaq ki, Azərbaycan tərəfi Zəngəzur koridorunun inşa ediləcəyini bəyan edib. Rəsmi Bakı bildirib ki, əgər ermənilər buna xoşluqla icazə verməsələr, onu zorla həyata keçirəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button