ManşetSiyasət

Erməni deputatı Xankəndində döydülər

Ermənistan parlamentinin deputatı, bu ölkənin Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Edmon Marukyan Xankəndi bazarında döyülüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, bir neçə gün əvvəl Marukyan Xankəndinə səfər edib və o şəhərdəki bazara baş çəkib. Bazarda bir qrup qadın ona hücum edərək, təhqir ediblər. Daha sonra isə onu əllərindəki əşyalarla vurublar. “Həmin qadınlar yığışıb onun başına itin oyununu açıblar. Hətta əllərindəki əşyalarla onu kötəkləməkdən də çəkinməyiblər. Səbəb kimi isə Marukyanın əvvəllər müxalifətdə, daha sonra isə Nnikol Paşinyanın yanında olması göstərilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button