GündəmManşet

Erməni deputatdan təklif: “Sərhədyanı ərazilərdə yaşayan əhalini silahlandırmaq lazımdır”

“Ermənistan-Azərbaycan sərhəddə yaşayan əhalini təcili olaraq silahlandırmaq lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bu təkliflə Ermənistan parlamentinin üzvü Sergey Baqratyan iclasda çıxışı zamanı çıxış edib.

O deyib ki, qısa müddət ərzində parlament sərhədyanı ərazilərdə yaşayan əhalinin döyüş silahı ilə təmin edilməsinə icazə verən qanun layihəsini müzakirəyə çıxarmalıdır. Baqratyanın sözlərinə görə, təkcə, silahlandırma deyil, onların mütəmadi olaraq döyüş hazırlılğı keçməsi üçün təlimlərin təşkilinə də ehtiyac var. “Hazırda bizim sərhəddə problemlərimiz var. Orada yaşayan vətəndaşlarımız özlərini müdafiəsiz hiss edirlər”.

P.S. Ermənistan 44 günlük müharibəyə 27 il hazırlaşsa da, yenə məğlub oldu. İndi sərhədyanı ərazilərdə yaşayan əhalisini silahlandırsa, nə işə yarayacaq?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button