ManşetSiyasət

Erməni deputat Bayrağımızı görəndə dəhşətə gəlirmiş

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Ordusu sərhədlərimizi bərpa edərək, hal hazırda ən kritik nöqtələrdə xidmət edir. JAMAZ.INFO xəbər verir ki, bu səbəbdən sərhəddə Azərbaycan Bayrağı dalğalanır.

Lakin 30 ildən çox işğal altında saxladığı torpaqlarımızın əsl sahibinə qayıtmasından narahat olan, hətta Bayrağımızı görüb, dəhşətə gələn ermənilər  də az deyil. Ermənistan parlamentinin deputatı Qarnik Danelyan dünən sərhəddə yerləşən Şurnuxu kəndində olarkən bunu dilinə gətirib. O, üçrəngli Bayrağımızı görərək, “Şurnuxuda Azərbaycan Bayrağının bir neçə metr aralıda olduğunu görəndə adam dəhşətə gəlir” deyə bildirib.

P.S. Bir vaxtlar separatçı Metaxe Akopyan da Qarabağda Azərbaycan Bayrağını görəndə dəhşətə gəldiyini deyirdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button