ManşetSiyasət

Erməni deputat: “Bakı və İrəvan razılaşıb: Qarabağda hərbi cinayət törətmiş şəxslər Azərbaycana təhvil veriləcək”

Ermənistanın hakim partiyası “Mülki Müqavilə”nin parlamentdəki nümayəndəsi Alen Vaniçkay Ağazaryan “Jamanak” qəzetinə sensasiyalı müsahibə verib. Daha doğrusu, o, Ermənistan üçün xarakterik olmayan açıqlama ilə gündəmə gəlib.

JAMAZ.İNFO xəbər verir ki, Ağazaryan bildirib ki, Vaqif Xaçatryan hərbi cinayətkardır. “Azərbaycan tərəfi deyir ki, o, hərbi cinayətkardır. Gəlin vaxt ayırıb təqsirsizlik prezumpsiyasına hörmət edək və istintaqın sonunu gözləyək. Nəhayət, anlayın ki, biz Azərbaycanla sülh əldə etməyə və buna nail olmağa çalışırıq. Bəli, Azərbaycanın təqdim etdiyi tələbləri yerinə yetirməliyik. Xaçatryanın saxlanması da həmin öhdəliklər çərçivəsindədir və biz övladlarımızın dinc gələcəyi naminə Qarabağda cinayət törətmiş, qətliamda iştirak etmiş şəxsləri Azərbaycana təhvil verməyə hazırıq. Bura Ermənistan da daxildir”.

Jurnalistin “Siz, deyirsiz ki, hətta Levon Ter-Petrosyanı da təhvil verə bilərsiz” sualına erməni deputat belə cavab verib: “Ümid edirik ki, Azərbaycan onun ekstradisiyasını tələb etməyəcək. Çünki Levon Ter-Petrosyan məsələsi artıq 1992-ci ildə qalıb. 1997-ci ildə isə Dağlıq Qarabağın Azərbaycana verilməsini rəsmi olaraq elan edib.  Əgər Azərbaycan israr edərsə, sülh naminə, təbii ki, tələbi yerinə yetirəcəyik”.

Ağazaryan daha sonra vurğulayıb ki, Vaqif Xaçatryanın Laçın sərhəddindən keçməsi barədə İrəvanın Azərbaycana məlumat verməsi barədə xəbərlərə təəccüblənməyib. “Təəccüblənməli nə var ki. Dediyim kimi, sülh naminə hökumətimiz Azərbaycandakı nəzakətli həmkarı ilə razılaşıb ki, hamını təhvil versin”.

O qeyd edib ki, Azərbaycanın Xaçatryanla bağlı istintaqı ədalətli aparacağına inanır. “Axı, Ermənistan kimi Azərbaycan da Avropa Şurasının üzvüdür və müvafiq öhdəlikləri var. Düzdür, Azərbaycan həm AŞ-nin, həm də BMT məhkəməsinin qərarlarını hələlik yerinə yetirmir. Əgər belə davam edərsə, bizim xarici işlər nazirimiz, xüsusi tapşırıqları olan səfirimiz beynəlxalq ictimaiyyətə müraciət edəcək”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button