ManşetÖlkə içi

Erməni deputat Arayiki ağıllı olmağa çağırıb: “Xəyalpərəstlik dövrü deyil”

Ermənistan parlamentinin üzvü, hakim “Mülki Müqavilə” Partiyasının deputatı Gevorq Papoyan Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyanın dünənki çıxışına münasibət bildirib. JAMAZ.İNFO xəbər verir ki, erməni deputat Arayiki ələ salan fikirlər səsləndirməklə yanaşı, həm də onu ağıllı və ciddi olmağa çağırıb.

Papoyan deyib ki, arzular haqqında danışmaq yersizdir. “Mən istəklər, arzular haqqında danışmaq istəmirəm. Mən konkret həll yolları haqqında danışmaq istəyirəm. Çünki elə istəklərim var ki, siz də təəccüblənə bilərsiz. Ermənistanın əraziləri ilə bağlı elə arzular deyə bilərəm ki, hətta Arayik Harutyunyan belə təəccübləndirə bilər. Ona görə də, Harutyunyana təklif edirəm ki, pafosla, arzuyla deyil, ağılla danışsın. Xəyalpərəstlik dövrü deyil. Konkret həllərlə nə edə biləcəyimizi söyləmək vacibdir”.

Erməni deputat bildirib ki, ermənilər faktları bir araya gətirəndən sonra nəyin edilə biləcəyini anlayacaqlar. “Mən istəmirəm ki, indi müharibə yolunu seçək. Amma Aleksandropol müqaviləsini baxaq. Orada nə ilə üzləşdik? Bu xalqın, bu dövlətin naminə vəziyyəti real başa düşmək və qərarlar qəbul etmək vaxtıdır. Deyirsiz ki, danışıqlarda da uğursuzluğa düçar oluruq. Sual verirəm: Ermənistan son 30 ildə danışıqlarda hər hansı uğur əldə edibmi?”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button