ManşetSiyasət

Erməni deputat: “Ağdam yolu açılsa, bütün siyasi iddialar qüvvədən düşəcək”

“Araik Harutyunyan hər kəsi razı salmaq, özünü qorumaq üçün şərait yaratmaq siyasətini davam etdirir. Ötən gün onun açıqlamaları, milis qüvvələrini rəhbərinin çıxışı, atdığı addımları Qarabağın birliyinə təhlükə yaradır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

O bildirib ki, hazırda Azərbaycan Qarabağda “parlamentin” və “dövlət strukturları”nın buraxılmasını tələb edir. “Və birdən Xankəndidə xəbər yayılır ki, onlar buraxılmalıdır. Bununla bağlı Harutyunyanın qəbuledilməz hərəkətlərindən birinin kökündə İrəvan hakimiyyəti dayanır”.

Manukyan deyib ki, psixoloji baxımdan ərzaqın Ağdam vasitəsilə Qarabağa daşınacağını söyləmək çətindir. “Çünki bu, siyasi xarakter daşıyır və Laçın dəhlizinə dair siyasi məsələləri, Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bağlamaq deməkdir. Bu gün ən böyük qeyri-müəyyənlik bu qərarı kimin verdiyidir”.

Erməni deputat iddia edib ki, 2020-ci ildə heç bir hüquqi tənzimləmə olmadan 17 dekabrda keçmiş müdafiə naziri V.Arutyunyanın imzaladığı sənədlə Azərbaycan Ordusu Qafanın düz üstünə gəlib çıxıb. “Həmin qərarla Ermənistan silahlı qüvvələr bütün Sünik boyu 20 km geri çəkildi. Düşmənlə qarşılaşmağa hər dəqiqə hazır olmalısan. Amma Ermənistan hər gün şənliklər təşkil edir, pul xərcləyir, məşqlər əvəzinə idman oyunları təşkil edir”.

P.S. Ermənilər başa düşməlidirlər və reallığı qəbul etməlidirlər ki, artıq geriyə yolları yoxdur. Ağdam yolu açılmalıdır. Başqa variant keçməyəcək və Azərbaycan qəbul etməyəcək. Üstəlik, bu ermənilər üçün ən optimal və onların xeyrinə olan variantdır. İstənilən müqavimət isə sərt şəkildə qarşılanacaq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button