ManşetSiyasət

Erməni deputat: “Əgər sərt addım atsaq, Azərbaycana müharibəyə başlamaq üçün qanuni imkan yaradacağıq”

Ermənistan beynəlxalq aləmin diqqətini Qarabağa, habelə Laçin yolunun bağlanmasına çəkmək üçün təxribatlarına davam edir. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gündür Laçın Sərhəd Nəzarət Məntəqəsinə doğur yollarra yük maşınları çıxaran İrəvan hökuməti, həmin yüklərin Xankəndinə çatdırılmasını istəyirlər.

Lakin rəsmi Bakı bunu qəbul etmir. Xankəndinə yalnız Ağdam yolu vasitəsi ilə yük göndərilə biləcəyini bəyan edib.

Qeyd edək ki, Ermənistanda bir qrup adam Laçındakı sərhəd məntəqəsinə hücum etməyi və bu yolla yolu açmağı təklif edib. Ermənistan parlamentinin deputatı, hakim partiyanın üzvü Ovik Ağazaryan isə bunu mümkün hesab etmir. O deyir ki, sərt tədbirlər görməyə icazə verilmir. “Sərt tədbirlərə əl atsaq, hərbi əməliyyatlar başlayacaq. Bununla da Azərbaycana hərbi əməliyyatlar aparmaq üçün qanuni imkan yaradacağıq. Mən bir millət vəkili kimi, bir vətəndaş kimi qorxmuram. Amma bu düzgün yol deyil”.

Ağazaryan daha sonra deyib ki, son hadisələrdən sonra dünya ictimaiyyətinə də inamları qalmayıb. “Əgər dünyanın laqeydliyi davam edərsə, məncə, danışıqlar prosesi dayandırılmalıdır. Çünki beynəlxalq tərəfdaşlarımız sülh sazişinin imzalanmasını istəyirlərsə, fəal addımlar atmalıdırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button