Ermənistan ordusunun cənub istiqamətindəki hərbi hissələrindən birində əsgərlər arasında silahlı insident baş verib. JAMAZ.İNFO xəbər verir ki, dekabrın 10-da axşam saat 19:30 radələrində hərbi hissənin qulluqçuları bir-birilərinə silah çəkərək, atəş açıblar.
Məlumatda deyilir ki, atışma nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan öldürülüb. Bir-birilərinə atəş açanlardan isə ikisi yaralanıb. Onlardan birinin vəziyyətinin ağır, digərinin isə orta-stabil olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Ermənistan ordusunda belə hallar mütəmadi olaraq yaşanır. Belə ki, hələ bir neçə gün əvvəl Azərbaycanla sərhəddə yerləşən hərbi hissəsdə də analoji hadisə baş vermişdi.