ManşetSiyasət

“Əliyevin “sərxoş təlxək” adlandırdığı Paşinyan həmin rolu ustalıqla ifa edir”

“Ermənistanın təhlükəsizlik və müdafiəsi məsələləri risk altındadır. Çünki hər iki məsələ artıq bizim nəzarətimizdə deyil. Bu prosesə xaricilər baxır”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlərin müəllifi gərbi ekspert Hayk Nahapetyandır.

O deyib ki, hazırda Azərbaycanla Ermənistan arasında gedən danışıqların bir istiqaməti də Kərki kəndi ilə bağlıdır. “Kərki kəndi təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Əgər Azərbaycan Kərkini geri qaytara bilsə, bu, faktiki olaraq Ermənistanın İranla əlaqəsini kəsəcək və ölkəni iki yerə böləcək. Çünki Kərki İranla Ermənistanı birləşdirən qovşaqdır”.

Nahapetyan onu da deyib ki, baş nazir Nikol Paşinyan hal hazırda heç nə etmir.“Baş nazir şanlı velosipedçilərdən ibarət böyük bir orduya malikdir. Onlar Azərbaycan ordusu ilə asanlıqla qarşı-qarşıya gəlib, təbii ki, təslim ola bilərlər”.

Erməni ekspert bildirib ki, İrəvanın beynəlxalq aləmdə Azərbaycanı sıxışdırmaq cəhdi əbəsdir. Onun sözlərinə görə, Irəvan bu addımlara ümid bağlamamalıdır. “Azərbaycan həm kollektiv Qərb, həm Rusiya, həm də İran üçün lazımdır. Azərbaycan danışıqlarda öz çəkisini artırmaq üçün bu amildən bərabər və səmərəli istifadə edir”.

Onun sözlərinə görə, Bakı öz dəyərini yaxşı bilir. “Biz hələ də anlamırıq ki, Azərbaycan həm Rusiya, həm də Qərb üçün çox əhəmiyyətli ölkədir. İlham Əliyev bunu yaxşı bildiyindən istədiyini almaq, layihələrə istədiyi şəkildə qiymət qoya bilir. Onlar öz dəyərlərini çox yaxşı bilirlər”.

O daha sonra qeyd edib ki, bir zamanlar Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanı “sərxoş təlxək” adlandırıb. “Paşinyan bu gün İlham Əliyevin dediyi həmin sərxoş təlxək rolunu ustalıqla oynayır. Xalq isə sərxoş təlxəyin təsiri altındadır və onun kimi davranır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button