ManşetÖlkə içi

Elçin Əmirbəyov: “Fransa Ermənistanı ölümcül təxribatlara sövq edir”

“Bu gün Azərbaycanın Fransaya, hətta Ermənistanla münasibətlərin normallaşdırılması prosesində potensial vasitəçi kimi də inamı sıfıra bərabərdir”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Radiofrance-ə müsahibəsində deyib.

O bildirib ki, Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana intensiv dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin nizamlanmasına ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil.

Əmirbəyov vurğulayıb ki, Parisin erməni maraqlarının fədakarcasına müdafiəsinə sadiqliyinin ən son sübutu Fransanın xarici işlər naziri Ketrin Kolonadın İrəvanla hərbi-texniki əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq barədə verdiyi bəyanatdır. “Fransanın belə ehtiyatsız addımı onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını inkar etməklə yanaşı, həm də regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır. Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edir” .

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button