GündəmManşet

“Əgər anklavlar verilsə, Tavuşda Qarabağdakı vəziyyət yaranacaq”

“Azərbaycanın Tavuş ərazisində heç bir anklavı yoxdur. Orada Sovetlər İttifaqı dövründə heç bir azərbaycanlı yaşamayıb, köçməyə cəhd ediblər”. JAMAZ.İNFO xəbər verir ki, bu sərsəmləmə ilə Tavuş marzının Çinari kəndinin inzibati rəhbəri Samvel Saqoyan çıxış edib.

O “Hraparak” qəzetinə açıqlamasında deyib ki, azərbaycanlılar az sayda bölgədə yerləşiblər. “Əvvəlcə bir neçə nəfərlə gəlib evlərdə məskunlaşdılar. Sonra çoxlu uşaqları oldu və ardından qohumlarını da gətirdilər. İndi də buranı anklav adlandırırlar”.

Saqoyan bildirib ki, Qazaxın 8 kəndinin geri qaytarılmasının qarşısını almaq üçün müqavimət göstərməlidirlər. “Bunun üçün ordumuza arxalanmalıyıq”.

İcra nümayəndəsi onu da deyib ki, əgər anklavlar verilsə, Tavuşda da Qarabağdakı vəziyyət yaranacaq. Şimal qapıları bağlanacaq, biz mühasirədə qalacağıq. Çünki Gürcüstana gedən dövlətlərarası yol bağlanacaq. Şəmşədindən çıxmaq istəsək, Azərbaycanın ərazisindən keçməliyik. Eyniylə, Laçın keçid məntəqəsi kimi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button