ManşetSiyasət

Eduard Şarmazanov: “Hazırkı vəziyyət 44 günlük müharibədən öncəki ilə eynidir”

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında dedikləri fikirlər ölkəsini qarışdırıb. Xüsusən də Laçın şəhəri və alternativ yol boyunca kəndlərin Azərbaycanın nəzarətinə keçəcəyi və yeni müharibə hazırlığı barədə fikirləri revanşistlərin əsib-coşmasına gətirib çıxarıb.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan müxalifətinin nümayəndələri ard-arda açıqlamalar verərək, Nikol Paşinyandan yenidən satqın düzəltməyə başlayıblar. İndiyə qədər keçirdikləri aksiyalarda heç bir nəticə əldə edə bilməyən revanşistlər, baş nazirin son açıqlamasından sonra insanların küçəyə çıxacağına ümid bəsləyirlər.

Ermənistan Respublikaçılar Partiyasının funksioneri Eduard Şarmazanov bildirib ki, Nikol Paşinyan ölkəni açıq şəkildə kapituliyasiyaya aparır. “Dünənki mətbuat konfransında o, plan üzrə getdiyini bir daha təsdiqlədi. İndi də Laçın və Zabuxu Azərbaycana verməyə hazırlaşır. Rusların günahkar olduğunu deyir”.

Şarmazanov Paşinyanın çıxışı zamanı ermənilər üçün 3 bəd xəbər verdiyini dilə gətirib. “Paşinyan dünən 3 bəd xəbər verdi. Birincisi, Qarabağ Azərbaycana təhvil verilir. Mən istəyirəm ki, Arayik Harutyunyan bu məsələyə aydınlıq gətirsin, münasibət bildirsin. Onun fikri ilə razı olub, olmadığını desin. İkincisi, Laçın və Zabux Azərbaycanın tərkibinə keçir. Bununla bağlı gizli razılaşma var”.

Partiya funksioneri qeyd edib ki, Nikol Paşinyanın müharibə ilə bağlı dedikləri, bir müddət əvvəlki fikirləri ilə ziddiyət təşkil edir. “Nikol, o vaxt dedi ki, müharibə olmasın deyə, təslim olmaq qərarı verdi. Bəs, dünən dediyi nə idi? O deyir ki, Azərbaycan hələ də müharibəyə başlamaq üçün qanuni səbəblər axtarır. Yaxşı, əgər Azərbaycan müharibəyə səbəb axtarırsa, bəs niyə onunla razılığa getmədin, badə-badəyə vurmadın, imza atmadın? 10 noyabrdan sonra Nikol yanvarda və 26 noyabrda Əliyevlə müqavilə imzalayıb. Bəs, Çarlz Mişellə saatlarla nəyi müzakirə edirdiniz? İndi deyirsən ki, o, müharibənin legitimliyi üçün səbəblər axtarır”.

Erməni siyasətçi iddia edir ki, hazırkı vəziyyətlə 44 günlük müharibədən əvvəlki vəziyyət eynidir. “Sentyabrın 26-da, müharibənin başlamasına bir gün qalmış yazmışdım ki, baş verən hər şeyin ardınca əsl müharibə gələcək. Paşinyan indi də 44 günlük müharibə zamanı etdiklərini təkrarlayır. Əliyev ordan deyir ki, bu ona söz verib ki, Qarabağın statusundan danışmayacaq, ordan da deyir ki, belə bir söz deməmişəm. İndi Əliyev oradan başqa bir şey deyəcək, bu da, burada tamam başqa şey. Bundan sonra isə torpaqları ya müharibəylə, ya da müharibəsiz verəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button