ManşetSosial

“EDU Gallery”dən 5500 dollarlıq dələduzluq

“EDU Gallery” təhsil şirkəti Türkiyə və Qazaxtstan vətəndaşı olan Şamil Həmzəyevə qarşı dələduzluq edib.
Qaynarinfo xəbər verir ki, şirkətin rəhbəri Firudin Cavadov Şamil Həmzəyevdən xidmət və konsultasiya adı altında 5000 dollar alaraq onu Türkiyədə fəaliyyət göstərən Uludağ Universitetinin Stamotologiya fakültəsinə qəbul etdirəcəyinə dair qanuni təmsilçi kimi öhdəlik götürüb. Bununla bağlı Şamil Həmzəyevlə şirkət arasında qüvvəyə minmiş müqavilə də imzalanıb.

Şikayətçi bildirir ki, dəfələrlə Firudin Cavadova müraciət etsələr də, nəticə olmayıb. O, uzun aylar boyu müxtəlif bəhanələrlə prosesi mümkün olduğu qədər uzadıb. Əvvəlcə bildirib ki, pandemiya olduğundan qəbul payız aylarında olmayacaq. Daha sonra isə Vətən müharibəsini bəhanə edərək döyüşdə olduğunu deyib. Lakin iddiaçı bildirir ki, onu “müharibədəyəm” dediyi ərəfədə Bakıda görüblər. Hətta dəfələrlə telefon zənglərinə cavab verərək şikayətçinin səsini tanıdıqdan sonra “mən əkiz qardaşıyam, üzümüz də, səsimiz də oxşayır” deyib.
Həmzəyevin sözlərinə görə, Firudin Cavadov işi qəsədən o yerə qədər uzadıb ki, onlar pulu geri istəsin: “Belə də oldu. Dekabr ayında biz pulumuzu geri tələb etdik. Lakin bu dəfə də bildirdi ki, siz bu istəyinizlə yaxınlaşan qəbul imtahanına girməkdən imtina edirsiniz. Bu isə o deməkdir ki, müqavilənin şərtini pozursunuz. Belə olan təqdirdə sizə geri pul qayıtmayacaq”.
Məlumatlara görə, bu tip işlərdə Firudin Cavadova Londonla ciddi əlaqələri olan, hətta neft biznesinə qədər əli uzana Namiq Həsənov adlı şəxs dəstək verir.
Məlumatlarda həmçinin qeyd edilir ki, bu iş hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button