CəmiyyətManşet

Edqar Elbakyan: “Sünikin ərazisinin yarısı Azərbaycana verilib”

Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhəddində baş vermiş hadisə ilə bağlı video yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, həmin görüntülərdə erməni hərbçilərin təxribata əl atdıqları, ərazilərimizə daxil olmaq istədikləri, Azərbaycan hərbçilərinin isə maksimum səbr nümayiş etdirdikləri əks olunurdu.

Qeyd edək ki, həmin görüntülərdə Azərbaycan hərbçiləri erməniləri ərazimizə daxil olmağa imkan verməmişdilər. Ermənistan Müdafiə Nazirliyi isə mayın 2-də açıqlama yayaraq, görüntülərin köhnə olduğunu bildirmişdi. Hətta iddia etmişdi ki, sözügedən ərazilər guya, Ermənistana qaytarılıb.

JAMAZ.İNFO xəbər verir ki, bu hadisədən sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Prezidentin hərbi məsələlər üzrə müşaviri Məhərrəm Əliyev məhz qeyd onunan əraziyə gediblər. Rəsmi məlumatlarda bildirilir ki, hər iki generalın əraziyə getməsinə səbəb Ermənistanla sərhəddə yeni postların qurulması və sərhəddin mühafizəsinin gücləndirilməsi məsələsi olub.

Qeyd edək ki, bu gün erməni politoloq da Ermənistan Müdafiə Nazirliyinin yalanını üzə çıxarıb. Edqar Elbakyan bildirib ki, Ermənistan hakimiyyəti cəmiyyəti aldatmaqdan utanmır. “Özlərini elə göstərirıər ki, Sünik vilayətindən bir qarış torpaq belə Azərbaycana verməyiblər. Başdan ayağa yalan danışırlar”.

O, SSRİ Baş Qərargahının xəritəsini yayımlayaraq, Azərbaycan və Ermənistan sərhəddinin haradan keçdiyini, hazırda isə necə şəkil aldığını müqayisə edib. “Bu SSRİ Baş Qərargahının xəritəsidir. Digər xəritə isə Googl kompaniyasının yayımladığı xəritədir. Birinci xəritədə göstərilir ki, Sünik və Kaşataq rayonları arasındakı Qara göl tamamilə Ermənistan ərazisidir və Sünik vilayətinə daxildir. Lakin GPS vasitəsi ilə aparılmış “demarkasiya” işlərindən sonra məlum olur ki, həmin ərazilər Azərbaycandadır. Aprelin 30-da yayımlanan videodan da aydın görünür ki, Azərbaycan tərəfi Sünik vilayənin əsas hissəsini işğal edib”.

Elbakyan bildirib ki, Azərbaycan hakimiyyəyi bütün siyasətini maksimum nəticə əldə etməyə yönəldib. “Ermənistanın satqın, yalançı hakimittəti isə “hər şeyi verək, təki bu başağrıdan xilas” olaq prinsipi ilə davranır. Bütün mətbuata səslənirəm, həmin ərazilərə gedin və yerdəki vəziyyəti öyrənin. Oradan xəbər hazırlayın ki, düşmən bizim ərazilərimizə necə girib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button