ManşetSiyasət

DÜŞMƏN YENİ MÜHARİBƏYƏ HAZIRLAŞMAQ ÇAĞIRIŞLARI EDİR: “REVANŞ OLACAQ”

Ermənistan Qarabağda 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, bildiyindən qalmır. JAMAZ.İNFO xəbər verir ki, darmadağın edilən Ermənistan ordusunu yenidən dirçəltmək və ardından da Azərbaycana hücuma keçməyi qərarlaşdıran bəzi erməni siyasətçiləri artıq ölkələrinin “qəhrəman”larına çevrilirlər.

Ermənistanın Davitaşen rayonunun rəhbəri Ruslan Baqdasaryan özünün Facebook səhifəsində yazıb ki, “revanş olacaq”. O yazıb ki, əvvəlcə Ermənistan hakimiyyətindəki satqınları uzaqlaşdıracaqlar. “Daha sonra isə yeni hökumət qurub, Rusiya ilə sıx əlaqələr yaradacağıq. İtkinlərimizi və əsirlərimizi qaytardırdıqdan sonra ordu quruculuğuna start verəcəyik”.

Baqdasaryan daha sonra sərsəmləmələrindən də qalmayıb. O, “yeniləməz erməni ordusun”dan danışıb və deyib ki, qısa müddətdə Ermənistan ordusunun “gücü”nü bərpa edəcəklər. Amma rayon rəhbəri bununla da kifayətlənməyib, özünün səfeh arzusunu da dilə gətirib. “Ən vacibi isə sürətlə yeni müharibəyə hazırlaşacağıq. Çünki bu savaşın revanşı olacaq”.

Qeyd edək ki, erməni siyasətçilər əhalinin dəstəyini qazanmaq üçün ağıllarına gələn fikirləri səsləndirirlər. Onlar bəzən həyata keçməsi mümkün olmayan xülyalarından da bəhs edirlər. Elə Baqdasaryan da onlardan biridir. Hərbi texnikasının 80 faizini, 12 minə yaxın əsgərini itirən bir ordunun ayağa qalxmasına hələ çox-çox uzun illər var. Ona  görə də, Baqdasaryanlar boş xülyalarla yaşamaqdansa, Ermənistanın gələcəyini düşünsələr yaxşıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button