ManşetSiyasət

Düşmən yenə hücuma keçdi: Papikyan bunkerə çəkilib, 6 erməni əsgər əsir götürülüb, bir erməni əsgəri itkin düşüb – VİDEO

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Ermnistan silahlı qüvvələri Kəlbəcər və Laçın istiqamətindən hücuma keçib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, düşmənin hücumunun qarşısı alınıb. Əməliyyatlar zamanı iki hərbi qulluqçumuz yaralanıb.

Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycan Ordusu düşmənin qüvvələrini tərk-silah edib və xeyli sayda qənimət götürüb. Bundan başqa, erməni əsgərlərindən də əsir götürülən var.

JAMAZ.İNFO-nun əldə etdiyi son məlumatlara görə, bu gün saat 14:00-dan etibarən Kəlbəcər və Laçın istiqamətində Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmaq üçün yenidən hücuma başlayıb. Bölgədə vəziyyətin gərgin olduğu, aktiv döyüşçlərin getdiyi bildirilir.

Xəbərlərdə deyilir ki, düşmən bir neçə istiqamətdə hücumlara başlayıb. Əraziyə tanklar və zirehli texnikalar çıxarılıb. Bundan başqa, ermənilər artilleriyadan da istifadə etməyə başlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə iddia olunur ki, döyüşlər zamanı Azərbaycan Ordusuna məxsus bir zirehli texnika vurulub. Sözügedən nazirlikdən bildirilib ki, 6 erməni əsgəri əsir düşüb.

Erməni mənbələri onu da iddia edirlər ki, Laçın istiqamətində 5 Azərbaycan əsgəri də əsir düşüb.

Aldığımız son məlumata görə, Ermənistanın yeni müdafiə naziri Suren Papikyan hal hazırda xüsusi sığınacağa yerləşib və orada əməliyyat müşavirəsi keçirir.

Bu əsnada, məlum olub ki, iki gün öncə, noyabrın 14-də Laçın istiqamətində təxribat törədən zaman Ermənistan ordusunun hərbi qulluqçusu Vahe Manukyan itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, qardaşı Hayk Manukyan onunla bağlı Ermənistan Müdafiə Nazirliyinə və Qırmızı Xaç Komitəsinə müraciət edib. Nazirlikdən bildirilib ki, Manukyanı tapa bilmirlər, onun itkin düşdüyünü ehtimal ediblər. BQXK-dən isə bildirilib ki, sözügedən əsgərlə bağlı Azərbaycan tərəfinə müraciət olunub və rəsmi Bakı onlarda belə bir əsgərin olmadığını bildirib.

Onu da bildirək ki, ermənilər əsgərlərinin əsir düqşdüyünü nümayiş etdirən videogörüntülər paylaşıblar.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Bu barədə isə JAMAZ.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button