GündəmManşet

Düşmən Qarabağda yenə təxribata əl atdı: Xocavənddən atəş səsləri gəlir  

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərzisində mənzillənmiş erməni separatçıları yenidən təxribatlara əl atmağa başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu gün axşam saatlarından etibarən Xocavənd rayonu istiqamətindən düşmən mövqelərimizi atəşə tutmağa başlayıb.

Məlumatda deyilir ki, Xocavəndin Tağaverd kəndi yaxınlığında atəş səsləri eşidilir. Həmin kənddəki erməni terrorçularının postlarından atəş açıldığı bildirilir.

Bundan başaqa, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətindən də atəş səsləri gəlir.

Xatırladaq ki, erməni terrorçuları oktyabrın 14-də təxribata əl ataraq, bir əsgərimizi Şəhid etmişdi. Həmin hadisədən sonra Azərbaycan Ordusu cəza tədbirlərinə əl ataraq, düşmənin Xocavənd və Ağdərə istiqamətində bir neçə postunu dağıtmış, 6 erməni terrorçusunu isə yaralamışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button