GündəmManşet

DTX Naxçıvanda daha bir əməliyyata başladı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Jamaz.info xəbər verir ki, bu barədə Axar.az-a əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button