ManşetÖlkə içi

DTX Naxçıvanda daha bir əməliyyat keçirdi: Sement Zavodunun illik gəlirləri necə gizlədilib?

DTX-nın Naxçıvan Sement Zavodunda apardığı  yoxlamalar zamanı bir sıra qanunsuzluqlar və milyonlarla manat vergidən yayınma aşkarlandığı bildirilir. JAMAZ.İNFO xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a zavoddakı mənbələr məlumat verib.

“Naxçıvan Sement Zavodu” MMC yerli hakim ailə Talıbovlara aid olduğu iddia edilən “Gəmiqaya” Holdinqə daxildir. Mənbənin bildirdiyinə görə, zavod öz  istehsalının təxminən 50 faizini uzun illər gizlətməklə vergidən yayına bilib: “Rəsmi qeydiyyata alınmayan məhsullar qaçaqmalçılıq yolu ilə İran və Türkiyəyə keçirilib. Oradan isə, başqa xarici ölkələrə dağıdılıb. Yəni, bu məhsullar Sədərək, Culfa və Şahtaxtı gömrük məntəqələrindən Türkiyə və İrana qara yolla keçirilib. Rəsmi rəqəmlərə görə, zavodun illik istehsal gücü 400 min tondur. Əslində isə, bundan iki dəfə artıq istehsal olub. Hər il təxminən yarım milyon tona yaxın məhsul qara yolla satılıb. Bu yolla rəhbərlik həm qazancını Bakıdan gizlədib, həm də vergidən yayınıb. Artıq, bir neçə gündür ki, zavodda yoxlamalar gedir. Zavoda rəhbərlik edənlərin izahatları alınıb. Zavod demək olar ki, fəaliyyətini tam dayandırıb. Deyilənə görə, əl dəyişəcək. İndiyə kimi gizlətdiyi gəlirləri isə, sahibinə, yəni Bakıdakılara qaytaracaqlar”.

“Naxçıvan Sement Zavodu” MMC 2012-ci ildən fəaliyyətə başlayıb. Zavodun açılışında prezident İlham Əliyev də iştirak edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button