Dövlət Təhlükəsizlik Xidməti (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib. JAMAZ.İNFO xəbər verir ki, əməliyyat zamanı nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Rəfail Xələfov saxlanılıb.
Məlumatda deyilir ki, o, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinərək, barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.