İqtisadiyyatManşet

Dizelin qiyməti bahalaşır: 1 litr=1 manat

Azərbaycanda yaxın günlərdə bir sıra yanacaq növləri, o cümlədən dizel yanacağının qiymətinin artırılacağı gözlənilir. JAMAZ.İNFO xəbər verir ki, bu bahalaşma mayın 15-dən etibarən qüvvədə olacaq.

Məlumatlarda deyilir ki, SOCAR bununla bağlı Tarif Şurasına müraciət edib və yanacaq növlərinin bahalaşdırılması barədə qərar qəbul edilməsini istəyib. Həmin müraciətə əsasən SOCAR Aİ-92 benzininin qiymətinin 1,20 manat, dizel yanacağı isə 1 manata olmasını xahiş edib. Lakin Şuranın benzinin qiymətini deyil, dizelin bahalaşması ilə bağlı qərar verəcəyi gözlənilir. Bu da yeni qiymətə əsasən 1 litr dizel yanacağının 1 manat olacağını deməyə əsas verir.

SOCAR-dakı mənbələr bu artımın dizel yanacağının keyfiyyətinin artması və dünya neft bazarında neftin bahalaşması ilə əsaslandıracaqlarını güman edirlər.

Məsələni dəqiqləşdirməyə çalışacağıq.

Xatırladaq ki, hal hazırda 1 litr dizel yanacağı 80 qəpiyə satılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button