ManşetÖlkə içi

Divizon komandiri qorxusundan qaçıb, 20 erməni əsgəri öldürülüb

Ermənistan İstintaq Komissiyası 44 günlük Vətən Müharibəsi ilə bağlı apardığı araşdırmanın bir qismini açıqlamağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin epizodlardan biri Füzuli rayonunun Cuvarlı kəndi yaxınlığında baş vermiş döyüşlə bağlıdır.

Sözügedən İstintaq Komissiyası apardığı araşdırma nəticəsində müəyyən edib ki, Cuvarlıda yerləşən N saylı hərbi hissənin divizion komandiri, mçayor G.Q döyüş mövqeyini qoyaraq qaçıb. Nəticədə, 20 erməni əsgəri ölüb. Məlumatda deyilir ki, G.Q Azərbaycan Ordusunun hücumunun qarşısını almaq əvəzinə qısa müddətdə postunu qoyaraq, hərbi hissəyə məxsus xidməti avtomobilinə minərək, ərazidən qaçıb. “Həmin vaxt Cuvarlı istiqamətində yerləşdirilmiş I batareya döyüş zamanı 20 əsgərini itirib. Bir xeyli əsgər isə yaralanıb. Bununla bağlı, G.Q haqqında cinayət işi açılıb və barəsində həbs qətiimkan tədbiri seçilib”.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Ermənistan ordusunda belə fəarilik çox olub. Ermənistan İstintaq Komissiyası məsələləri araşdırdıqca, belə hallarla çox rastlaşmalı olacaq. Çünki erməni əsgər və zabiti Azərbaycan Ordusunun qarşısında duruş gətirmək gücündə olmayıb və heç vaxt da olmayacaq. Onların işi həmişə dar ayaqda bütün şəxsi heyəti açıb qaçmaqdan olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button